N.Lauda: “Bottasla Həmilton arasında problem yoxdur”

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda bildirib ki, sürücüləri Həmilton və Bottas arasında heç bir problem yoxdur.

F-1.az xatırladır ki, Lauda əvvəlki açıqlamalarında bildirmişdi ki, Həmilton komandada Bottasdan daha sürətlidir.

Niki Lauda: “Valtteri komandaya yaxşı uyğunlaşdı və təsiredici işlər gördü. O finlandiyalıdır və buna görə də çox az danışır. Amma çox işləyir və biz buna öyrəşmişik.

Lyuis ilə Valtteri bir-birini təzə tanıyırlar və buna görə də aralarında problemin olmaması normaldır. Ümid edirəm ki, mövsüm ərzində vəziyyət stabil qalar. Həmilton burada 5-ci mövsümünə başlayacaq. Valtteri isə hələ də uyğunlaşma və öyrənmə müddətindədir. Görək yeni mövsümdə nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*