V.Bottas: “Həmilton məğlubedilməz deyil”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Lyuis Həmilton məğlubedilməz deyil.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Fransada ikinci olub və komanda yoldaşı Həmiltondan 18 saniyə geridə qalıb.

Valtteri Bottas: “Mənimçün bu gün adi yarış idi. Startda qazana bilərdim, ancaq Həmilton da yaxşı start aldı. Lyuis bu gün çox sürətli idi. Onun tempinə cavab verə bilmədim. Növbəti yarışdan əvvəl məlumatlara baxacam. Lakin bu gün özümlə qürur duydum.

Lyuis həm güclü, həm stabildir. Sıralanma turunda və bu gün güclü idi. Amma məğlubedilməz deyil. Öz üzərimdə işləməliyəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*