Bottas və Stroll cərimələnib

Macarıstan yarışının startındakı insidentlərə görə Bottasla Stroll cərimələnib

F-1.az xatırladır ki, Bottas ilk döngədə Norrisə arxadan çırpılaraq, Peresin mübarizəni dayandırmasına və Ferstappenin maşınının zədələnməsinə səbəb olmuşdu.

Ləns Stroll isə Şarl Leklerlə insident yaşamış və monakolu sürücünün yarışını məhv etmişdi.

Macarıstan yarışının ilk dövrəsində birinci döngədə baş verən insidenti araşdıran stüardlar Valtteri Bottası və Ləns Strollu günahkar biliblər.

Hər iki sürücü növbəti yarışın startında beş yer itirəcək və onların sürücülük vəsiqələrinə iki bal yazılıb…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*