A.Covinatsi: Bottas komandaya təcrübə gətirəcək

Alfa Romeo komandasının sürücüsü Antonio Covinatsi bildirib ki, Valtteri Bottas komandaya çox kömək edəcək.

F-1.az xatırladır ki, finlandiyalı sürücü gələn il Alfa Romeo komandasında çıxış edəcək. O, daha əvvəl 4 mövsüm Williams-da, 5 mövsüm isə Mercedes komandasında çıxış edib.

Antonio Covinatsi: “Təbii ki, 2017-ci ildəkinə nisbətən fərqli komandayıq. Kimi 2019-cu ildə sıralarımıza gələndə təcrübəsi ilə komandaya çox şey qatmışdı. Valtteri də təcrübəlidir və Mercedes kimi yerdən gəlir. Əminəm ki, qatqısı çox olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*