V.Bottas: Səhv etdim

Mercedes komandasının sürücüsü Valtteri Bottas startdakı qəzaya görə səhvini qəbul edib.

F-1.az xatırladır ki, Macarıstan yarışına ikinci yerdən başlayan Bottas yerindən gec tərpənib və daha sonra birinci döngədə arxadan Norrisə çıtpılıb. Təmas nəticəsində Norris və Peres mübarizəni dayandırmalı olub. Ferstappenin isə bolidi ciddi şəkildə zədələnib. Lakin Bottas özü də mübarizəni dayandırmalı olub.

Valtteri Bottas: “Sözün açığı, mənim səhvim idi. Arxadan gələn mən idim və əyləcə tez basa bilərdim. Lakin düz hesablaya bilmədim. Belə şəraitdə bir şeyi əvvəldən proqnozlaşdırmaq mümkünsüzdür və bunu gördünüz. Landoya vurdum və hər şey qarışdı.

Keçid təkərləri ilə ilişmə muftasından düzgün istifadə etdim, ancaq maşın sürüşdü. Məncə, qızdırma dövrəsində təkərlərin temperaturu düşdü. Bunu təhlil edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*