N.Rosberq: “Həmilton daha güclü idi”

Mercedes AMG komandasının sürücüsü Niko Rosberq Avstraliya QP-nin sıralanma turunda komanda yoldaşı Həmiltonun ondan güclü olduğunu deyib...

F-1.az xatırladır ki, Niko Rosberq sıralanma turunun hər 3 sessiyasında da komanda yoldaşından geri qalıb və sonda ikinci yeri tutub.

Niko Rosberq bildirib ki, Həmilton ondan daha güclüdür: “Son sessiya mənim üçün daha yaxşı keçdi, amma Lyuis məndən də yaxşı çıxış etdi. Əlbəttə, xoşbəxt deyiləm, amma yarışda onu keçmək şansım var.

Dalbadal üçüncü il ən sürətli olmağımız məni təəccübləndirdi. Rəqabətədavamlıyıq, amma mövsüm yeni başlayıb və tələsmək lazım deyil. Amma belə görünür ki, bu həftəsonu üçün ən sürətli bolidə sahibik və böyük üstünlüyümüz var.

Vaxt gedir və rəqiblərin bizə çatmaq şansı artır. Amma biz onlarla mübarizə apara bilirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*