C.Batton: “Pul qarşılığında Rosberqə vura bilərəm”

Censon Batton bildirib ki, Lyuis Həmiltonun çempion olması üçün Rosberqə pul qarşılığında çırpıla bilər.

F-1.az xatırladır ki, Rosberq son yarışa 12 xallıq üstünlüklə girir. Batton isə jurnalistlərin suallarına zarafatla cavab verib: “Niko böyük ehtimalla Dünya Çempionu olacaq. Təbii ki, biri ona çırpılmasa. Lyuisin yaxşı pulu var və əgər çempion olmaq üçün Nikoya vurmağımı istəyirsə, mənə pul verməlidir. Təbii ki, keçmişə baxanda bu cür halların yaşandığını görürük. Lyuis hirsli adamdır və bu cür qazanmaqdansa, məğlub olmağı istəyər.

Mövsüm bitdikdən sonra triatlonla məşğul olacam. Məqsədim həvəskar çempionatda çempion olmaqdır. Le Man və ralli krosu da nəzərdən keçirdirəm”

Malayziya yarışı 2018-ci ildən sonra olmayacaq. Batton bu barədə də danışıb: “2018-ci ildən sonra nələr olacağını bilmirəm. Sürücülərlə danışdıq. Hamı Malayziyada çıxış etmək istəyir”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*