C.Rassell: Red Bull öndə olacaq

F-1.az xəbər verir ki, Mercedes-in gənc sürücüsü yaxınlaşan Əbu Dabi Qran Prisində qələbə şanslarını qiymətləndirib.

Corc Rassell: “Daxilimdəki səs Əbu Dabidə Ferrari ilə eyni gücdə olacağımızı, Red Bull-un bizi bir qədər qabaqlayacağını deyir. Son iki yarış asfaltayatma qüvvəsinin az olduğu traslarda baş tutdu və belə şərait bizim üçün əlverişlidir. Lakin həm də çox inkişaf etmişik. Ostindəki mərhələdə də qələbə üçün mübarizə apardıq və real şansımız var idi.

Bu, bizdə qış fasiləsində var gücümüzlə işləmək üçün inam yaradır. Biz maşının ilk testlərə qədər tam hazır olması və ilk yarışlardan rəqabətcil olması üçün hər şeyi edəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*