21 Sentyabr 2019, Şənbə - 23:42

V.Bottas: “Təkərlər işləmirdi”

V.Bottas: “Təkərlər işləmirdi”

Müəllif: Rauf Hacıyev, redaktor

12:57 - 26 Mart, 2017

Mercedes komandasının heyətində çıxdığı ilk yarışda podiuma yüksələn Valtteri Bottas bildirib ki, Ferrari bu gün daha sürətli olub.

F-1.az xatırladır ki, yarışa 3-cü pillədən başlayan Bottas çox sakit yarış keçirib və finişədək yerini qoruyub.

Valtteri Bottas: “Komanda olaraq yaxşı işlədik. Ferrari bu gün daha sürətli idi. Buna şübhə etmirəm. Əla iş gördülər və güclü idilər. Mənim üçün əsas yarışın ilk yarısı idi. UltraSoft təkərlərlə çox çətinlik çəkdim. Davamlı olaraq sürüşürdüm. Xüsusən də, 10 dövrədən sonra ön və arxa tərəfdə asfaltla ilişmə itdi. Asan deyildi.

Soft təkərlərə keçdikdən sonra isə özümü yaxşı hiss etdim. Bolidi sürmək doğrudan da gözəl idi. Amma artıq gecdir və performans cəhətdən geridə idik. Ümumilikdə isə ilk həftəsonumuz fəlakətli olmadı. Növbəti yarışda daha güclü olmalıyam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 364
Teqlər , , ,
Paylaş

logo