İspaniya-2017: DHL Fastest Pit Stop Award

Artıq üçüncü ildir ki, Formula1-də mövsüm ərzində daha çox sürətli pit-stoplara görə fərqlənən komanda müəyyən olunur. Yekunda isə həmin komandaya Formula1-in rəsmi tərəfdaşlarından biri olan DHL-in təsis etdiyi DHL Fastest Pit Stop Award mükafatı verilir.

F-1.az xəbər verir ki, İspaniya Qran Prisi Williams komandası üçün yalnız sırf yarış baxımından deyil, həm də son illərdə daha güclü olduğu sahədə – pit-stoplarda da bərbad olub. Son iki ildə ilk dəfədir ki, komandanın Barselonada keçirdiyi 5 pit-stopdan heç biri sürətinə görə üçlüyə daxil olmayıb.

Britaniyalılar bu dəfə Strollun maşınına daha tez qulluq ediblər, amma onların səyi yekun cədvəldə yalnız beşinci olub. Qələbə isə bu dəfə yarışda olduğu kimi Mercedes AMG komandasına qismət olub – Fettellə trasda mübarizə aparan Həmiltonun maşınında dörd təkəri mexaniklər cəmi 2,39 saniyəyə dəyişiblər. Bottasın mexanikləri 0.18 saniyə lən olsalar da, bu nəticə ilə podiumun 3-cü pilləsinə yiyələniblər.

Renault və Sauber komandaları isə hələ də fərqlənə bilməyiblər…

 

Komanda Avstraliya Çin Bəhreyn Rusiya İsaniya Monako Kanada Azərbaycan Avstriya Britaniya Macarıstan Belçika İtaliya Sinqapur Malayziya Yaponiya ABŞ Meksika Braziliya Əbu Dabi Cəmi
Williams 40 25 31 20 12 133
Mercedes AMG 26 1 8 20 40 95
Red Bull 6 27 19 25 18 95
Toro Rosso 12 10 1 20 20 63
Force İndia 6 12 30 4 1 53
Ferrari 11 20 10 1 6 48
Haas 0 6 0 0 4 10
McLaren 0 0 2 6 0 8
Renault 0 0 0 0 0 0
Sauber 0 0 0 0 0 0
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*