N.Lauda: “Yeni reqlament Bottasın xeyrinə olacaq”

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda bildirib ki, reqlamentdəki ciddi dəyişikliklər komandaya yeni qoşulan Valtteri Bottasın xeyrinə olacaq.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Mercedes-ə yanvar ayında qoşulub. Buna görə də Mercedes-in bolidini sürmək imkanı olmayıb.

Niki Lauda: “Valtterinin komandaya öyrəşməsi üçün çox vaxt keçməyib. Üst səviyyəli komandaya gəlib və burada uğurlu olmaq üçün hər şeyi doğru anlamalıdır. Bu mövzuda biz də ona kömək edəcəyik. Yeni reqlament hamını bərabərsəviyyəli edir. Lyuis də sazlanmalarda çətinlik çəkəcək, çünki bolidi tanımır. Buna görə də hər iki sürücümüz sıfırdan başlayacaq. Görək nə olur”.

Xatırladaq ki, bu mövsüm texniki reqlamentdə ciddi dəyişikliklər olacaq və təkərlərin 25 faiz enlənməsi ilə asfaltayatma qüvvəsi artacaq…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*