P.Lou: “Həmiltonu başa düşürəm”

Mercedes komandasının texniki direktoru Pəddi Lou yarışın sonunda sürətlənməsi üçün göstəriş verdikləri Həmiltonun bu əmrə qulaq asmamasını anlayışla qarşıladıqlarını deyib.

F-1.az xatırladır ki, Həmilton yarışın son dövrələrində Rosberqi ləngitmək üçün sürətini azaltmış, amma Fettelin sürətlə yaxınlaşmasından sonra komanda ondan sürətlənməsini istəmişdi. Britaniyalı isə cavabında “hazırda çempionluq əldən gedir, yarışın əldən getməsi heç vecimə də deyil” demişdi.

Pəddi Lou: “Bu barədə çox danışmaq istəmirəm. Yarışı qazanmaq hər şeydən vacib idi və bunu bacardıq. Bolidin performansından əmin idik. Buna görə də Lyuisə dedik ki, sürətlənməlisən, çünki arxadan Fettel sürətlə yaxınlaşır. Bizim üçün də həyəcanlı və stresli yarış idi. Sebastyan iki sürücümüzü də keçərək, qalib gələ bilərdi. Təbii ki, sürücülərimiz qalib gəlmək üçün yarışırdı və bir-birlərinə çırpılmadıqları halda, sərbəstdirlər. Buna görə də Lyuisin özünə aid strategiyasının olduğunu unutmamalıyıq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*