U.Bolt Rosberqin qərarına təəccüblənib

Dünyanın ən sürətli qaçan idmançısı Useyn Bolt bildirib ki, Rosberqin Formula1-də Dünya Çempionu olandan sonra təqaüdə çıxmasına təəccüblənib.

F-1.az xatırladır ki, Rosberq 2006-cı ildə Williams komandası ilə Formula1-də debüt edib və 2010-cu ildə Mercedes komandasına keçib. Almaniyalı 2012-ci ildə Çin yarışında ilk qələbəsini qazanmış, 2016-cı ildə isə Dünya Çempionu olmuşdu.

Amma 31 yaşlı sürücü gözlənilmədən təqaüdə çıxdığını dedi. Bu qərar Formula1 Dünyasında şok effekti yaratsa da, Rosberq qərarına görə razıdır.

Bu il Riodakı Olimpiya Oyunlarında 3 qızıl medal qazanan Useyn Bolt bu barədə fikirlərini bildirib: “Verdiyi qərarı başa düşmürəm. Əlbəttə, hər qərarın altında bir səbəb var, amma bunu doğrudan da anlamıram. Məncə, hədəfə çatdığını düşündü. Daha əvvəl çempion olmadı. Bəlkə də etmək istədiyi tək şey bu idi. Hədəfinizə çatdıqdan sonra orada qalmağınızın mənası yoxdur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*