Macarıstan-2022: Üçüncü sərbəst yürüşlər

Proqnozların vəd etdiyi kimi, Hunqarorinqdə isti cümə gününü yağışlı şənbə günü əvəz edib. Trasda çox su olmayıb. Yağıntı dayanıb və yenidən damcılyıb. Yaşıl işıqlar tam vaxtında yanıb.

F-1.az bildirir ki, ilk olaraq Ferrari sürücüləri yağış təkərləri ilə trasa çıxıblar. 7 dəqiqə sonra isə Alonso keçid təkərləri seçib. Səhvlər olsa da, geniş təhlükəsizlik zonaları maşınların zədələnməsinin qarşısını almağa imkan verib. Yağış şiddətlənib və sürücülər şəraitin yaxşılaşmasını gözləmək üçün bokslara qayıdıblar.

RB pilotları sessiyanın ilk hissəsini buraxıblar. Yağış dayanıb və tezliklə hamı keçid təkərlərlə trasa çıxıb. Qasli döngənin çıxışında yerində fırlanıb və boksa qayıdıb. Sessiya sona 10 dəqiqə qalmış qırmızı bayraqlarla dayandırılıb – Fettel yerində fırlanaraq maşının arxasını maneəyə çırpıb. Fasilə 6 dəqiqə davam edib.

Getdikcə quruyan trasda hər növbəti dövrə daha sürətli olub. Protokollara isə son dövrəni vuran Nikolas Latifi karyerasında ilk dəfə başçılıq edib – 1:41.480. Bizi maraqlı sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 6 Nikolas Latifi Williams 1:41.480 17
2 16 Şarl Lekler Ferrari 1:42.141 0.661 14
3 23 Aleksander Elbon Williams 1:42.381 0.901 19
4 33 Maks Ferstappen Red Bull 1:43.205 1.725 10
5 63 Corc Rasselll Mercedes 1:43.434 1.954 13
6 14 Fernando Alonso Alpine 1:43.570 2.090 16
7 55 Karlos Sayns Ferrari 1:43.589 2.109 15
8 4 Lando Norris McLaren 1:43.743 2.263 13
9 5 Sebastyan Fettel Aston Martin 1:44.178 2.698 14
10 20 Kevin Maqnussen Haas 1:44.655 3.175 20
11 44 Lyuis Həmilton Mercedes 1:44.832 3.352 11
12 47 Mik Şumaxer Haas 1:45.156 3.676 18
13 31 Esteban Okon Alpine 1:45.570 4.090 17
14 3 Daniel Rikkardo McLaren 1:45.624 4.144 11
15 18 Ləns Stroll Aston Martin 1:45.638 4.158 17
16 24 Quanyu Çjou Alfa Romeo 1:45.691 4.211 17
17 22 Yuki Tsunoda AlphaTauri 1:45.850 4.370 17
18 77 Valtteri Bottas Alfa Romeo 1:45.930 4.450 20
19 10 Pyer Qasli AlphaTauri 1:46.091 4.611 18
20 11 Serxio Peres Red Bull 1:48.240 6.760 11
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*