14 Dekabr 2018, Cümə - 09:25

K.Maqnussen: “Williams-dan sürətliyik”

K.Maqnussen: “Williams-dan sürətliyik”

Müəllif: Rauf Hacıyev, redaktor

15:06 - 26 Mart, 2016

Renault komandasının sürücüsü Kevin Maqnussen hesab edir ki, onlar Williams komandasından çox geri qalmırlar…

F-1.az xatırladır ki, Renault keçən ilin sonunda Lotus komandasını alaraq, F1-ə yenidən qayıdıb. Ancaq satınalma prosesi gecikdiyi üçün komanda çempionata Mercedes mühərriyinə görə dizayn edilmiş və son anda Renault mühərriyi inteqrə eidlmiş bolidlə başlamalı olub..

Renault komandası 2016-cı il üçün ümidsiz görünürdü, amma Avstraliya QP-də fransızlar yaxşı təsir bağışlayıblar və bu komandanın özünü də təəccübləndirib.

Kevin Maqnussen: “Bu komanda Formula1-in üst səviyyəli komandalarından biridir.

Biz sürət cəhətdən o qədər də yaxşı deyilik, amma necə inkişaf edəcəyimizi bilirik. Bizim güclü təməlimiz var və biz bilirik ki, onun üzərində necə işləmək lazımdır. Avstraliya QP bizim üçün yaxşı keçmədi, amma qalan yarışlar üçün ümidliyik.

Biz Williams komandasından daha sürətli idik. Sürətimiz yaxşı idi. İlk onluğa bu qədər yaxın olacağımız ağlımıza belə gəlmirdi, amma biz bunu bacardıq. Əgər təkərim partlamasaydı, böyük ehtimalla xal da qazanardım”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 372
Teqlər , ,
Paylaş

logo