O.Sirotkin: “Oğlum Kubitsadan qat-qat güclüdür”

Sergey Sirotkinin atası Oleq Sirotkin bildirib ki, oğlu Robert Kubitsadan qat-qat güclüdür.

F-1.az xatırladır ki, Williams komandası Əbu Dabidəki təkər testlərində Kubitsa ilə Sirotkini sınamış və sonda rusiyalı gənc sürücünü seçmişdi.

Oleq Sirotkin: “Sergey həm yarış, həm də sıralanma tempində Kubitsadan güclü idi. Simulyator testlərində də daha yaxşı geribildirimlər verdi. Ondan əvvəlki gənc sürücülərdən daha güclü məlumatlar verdi.

Komandanın builki əsas vəzifəsi 5-ci yeri qorumaq olacaq. Çünki hazırda hər şey bir-birinə qarışıb. McLaren-in şassisi həmişə güclü idi və bu il Renault mühərriklərindən istifadə edəcəklər. Renault özü də iki ildir ki, bu mövsümə hazırlaşır. Yəni əsas rəqiblərimiz Force İndia, Renault və McLaren olacaq. Məncə, Williams gələcəkdə çox güclü olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*