Williams-ın hədəfi 10-cu olmamaqdır

Williams komandasının rəhbəri Yos Kapito bildirib ki, əsas gözləntiləri 10-cu yerdən yüksək pillə tutmaqdır.

F-1.az xatırladır ki, Williams komandası 2021-ci ildə 8-ci olduqdan sonra bu ilə yüksək gözləntilərlə başlamış, lakin turnir cədvəlinin zirzəmisində qalmışdı.

Yos Kapito: “Mövsümə başlamamışdan əvvəl gözləntilərimiz yüksək deyildi. İnkişaf etmək istədik və komanda əla işlədi. Növbəti hədəfimiz çempion olmaq yox, sonuncu yeri tutmamaqdır. Orta qrupdakı sıx mübarizəyə baxanda çempionluq barədə düşünmək məntiqli deyil. Əgər rəqiblərlə müqayisədə inkişaf etmişiksə, deməli düz yoldayıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*