21 Sentyabr 2019, Şənbə - 07:42

McLaren titul sponsoru tapıb?

McLaren titul sponsoru tapıb?

Müəllif: Rauf Hacıyev, redaktor

07:19 - 08 Mart, 2017

Williams ilə tərəfdaşlığı pozan Braziliyanın neft şirkəti Petrobras McLaren-lə Formula1-ə qayıtmaq istəyir.

F-1.az xatırladır ki, McLaren komandası Vodafone ilə yollarını ayırdıqdan sonra britaniyalılar titul sponsoru tapmaqda çətinlik çəkmişdilər.

Amma idarə heyəti dəyişəndən sonra McLaren vaxt itirmədən titul sponsoru axtarışlarına başlayıb və geci 2018-ci ildə bir şirkətlə müqavilə bağlamağı planlaşdırır.

Braziliyanın Globo telekanalından Livio Orixio bildirib ki, McLaren və Petrobras titul sponsorluğu üçün danışıqlar aparırlar: “McLaren Petrobras-la yağ və yanacaq təminatı üçün danışıqlar aparır. Bu Petrobras-ın Williams-la 1998-2008-ci illərdəki müqaviləsinə çox bənzəyir”.

McLaren yeni mövsümdən əvvəl Exxon Mobil-lə yollarını ayıraraq BP ilə müqavilə bağlayıb. Amma BP-nin Renault ilə də müqaviləsi var və fransızlarla olan müqavilə daha geniş əhatəlidir.

Əgər McLaren komandası Petrobras ilə müqavilə bağlasa, bu, britaniyalılar üçün gözəl xəbər ola bilər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 767
Teqlər , , ,
Paylaş

logo