C.Vavls: Williams-ın ənənəsini dəyişəcəm

Williams komandasının yeni rəhbəri Ceyms Vavls inqilab etmək istəyir.

F-1.az xatırladır ki, britaniyalı mütəxəssis 2022-ci ilin sonunda Mercedes-dən ayrılaraq, Williams komandasına rəhbər gəlmişdi.

Ceyms Vavls: “Hər səhər saat 5-də durub, düşüncələrimi yazır, qeydlər aparır və edəcəyimə qərar verirəm.

Mercedes-də ən vacib ünsürlər makinalar, aerdodinamik boru ya da simulyator deyil. İnsanlar və ortaq iş ənənəsidir. İnsanlar və ənənə vacibdir və bu Williams üçün də keçərlidir.

Komandanın bu cəhətdən necə olduğunu görmək üçün vaxt lazımdır və bu mənim maraq dairəmdə ən başdadır. Burada işləyənlər arasındakı münasibət çox vacibdir, çünki hamımız hədəfə doğru birlikdə hərəkər etməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*