22 Noyabr 2019, Cümə - 22:36

V.Bottas Monakodakı uğursuz seriyanı bitirmək istəyir

V.Bottas Monakodakı uğursuz seriyanı bitirmək istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

21:40 - 25 May, 2016

Valtteri Bottas inanır ki, Williams komandası bu il əvvəlki illərdən dərs çıxarıb və ona Monakoda ilk xallarını qazanmağı təmin edəcək…

F-1.az xatırladır ki, Bottas Monakoda 3 yarış keçirib. Finlandiyalı sürücü 2013-cü ildə 12-ci olduğu halda, 2014-cü ildə mühərrikdəki problemə görə yarışı vaxtından əvvəl bitirmişdi. Bottas keçənilki yarışda 14-cü yeri tutaraq, növbəti dəfə Monako yarışından xalsız ayrılmışdı.

Amma finalndiyalı sürücü bu mövsüm qara seriyanı bitirmək niyyətindədir: “Hər trasda bolidin fərqli tərəfləri ortaya çıxır. Bəzi şeylərdə daha yaxşıyıq, amma mexaniki cəhətdən asfalta ilişmə tam olaraq yaxşı deyil.

Bunu burada görəcəyik. Bunu başqa trasda test etmək mümkün deyil.

Keçən il sıralanma turunda əsas problemimiz təkər qızdırması ilə bağlı idi. Ön SuperSoft təkərləri qızdırmaqda problemlə üzləşmişdik. UltraSoft tərkiblər daha aşağı iş rejiminə görə bizə kömək edə bilər.

Red Bull burada rəqabətədavamlı olacaq. Amma qarşıda uzun mövsüm var və bizim yeniliklərlə bağlı çoxlu planlarımız var.

Bəzi traslar bizim üçün çox əlverişli olacaq. Hazırda mühəndislər çempionatında 3-cü yer uğrunda mübarizə aparırıq və bunu qazana bilərik”.

Qeyd edək ki, hazırda Williams komandası 3-cü yerdəki Red Bull-dan 29 xal geridə qalır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 287
Teqlər , ,
Paylaş

logo