V.Bottas: “Ferrari bütün hallarda güclüdür”

Mercedes komandasının sürücüsü Valtteri Bottas əsas rəqibləri Ferrari-nin bütün yanacaq yüklərində güclü olduğunu düşünür.

F-1.az xatırladır ki, “qırmızılar” mövsümöncəsi qış testlərinin ilk iki günüdə ən sürətli olublar. Komandaların trasa hansı rejimdə və yanacaq yüklərində çıxması müəmmalı olsa da, Bottas rəqibləri Ferrari-nin performansından təsirlənib: “Hansı yanacaq yükündə və hansı rejimdə işləməklərindən asılı olmayaraq Ferrari sürətlidir. Həm sıralanma, həm də yarış tempində əlçatmazdırlar. Buna görə də ilk yarışlarda öndə olacaqlar. Əlbəttə, dəqiq hesablama aparmaq mümkünsüzdür. Çünki ilk günlərdəyik. Yeni reqlamentdən sonra böyük inkişaf yarışı olacaq. Heç kim ilk yarışa buradakı bolidlə getməyəcək. İlk yarış üçün bizim də yeni detallarımız olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*