V.Bottas: “Red Bull-la mübarizə apara bilərik”

Williams komandasının sürücüsü Valtteri Bottas ümid edir ki, onlar yeni mövsümdə Ferrari və Red Bull-la mübarizə aparacaqlar...

F-1.az xatırladır ki, Valtteri Bottas ikinci qış testlərinin ilk günündə 2-ci yeri tutub. Finlandiyalı sürücü ən yaxşı nəticəsini UltraSoft (ultra yumşaq) təkərlərlə əldə edib və Rosberqin yumşaq təkərlə əldə etdiyi göstəriciyə 0.2 saniyə uduzub.

Bottas testlər barədə fikirlərini bildirib: “Sadəcə bir test günüm qalıb və keçən illə müqayisədə nəsə demək çox çətindir. Mercedes AMG güclü görünür, amma Ferrari və Red Bull komandaları ilə mübarizə apara bilərik.

Mercedes AMG hazırda çox güclü görünür. Mən bilmirəm ki, biz hazırda haradayıq, amma onlarla mübarizə aparmaq çətin olacaq.

Təbii ki, bu testlərdən çox şey öyrənəcəyik və inanırıq ki, daha artığını edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*