S.Fettel: “Kiçik detalları sınadıq”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel Macarıstanda mövsümiçi testlərdə kiçik detalları sınadıqlarını və bunlardan yaxşı nəticələr aldıqlarını deyib.

F-1.az xatırladır ki, almaniyalı sürücü testlərin ikinci gününün ilk yarısında trasa çıxıb və 40 dövrə ataraq, ən sürətli olmağı bacarıb.

Sebastyan Fettel: “Bəzi şeyləri sınadıq. Bu cür testlərdə bolidi başdan-ayağa dəyişdirmək olmaz. Biz də buna görə br neçə şey sınadıq və gözəl nəticələr aldıq. Bolid hər dövrə daha da güclənirdi və günümüz çox gözəl keçdi. İndi növbədə Spa və Montsa yarışları var. Burada alınacaq gözəl nəticələr çempionluq uğrunda mübarizədə vacib olacaq. Ümid edirəm ki, problemləri həll edib bu yarışlara hazır olacağıq. İndiyə qədər üstümüzə düşəni etdik və indi sürəti artırmalıyıq. Ümid edirəm ki, yüksək nəticələr alarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*