M.Binotto Ferrari-ni tərk edə bilər

Bəzi şayiələrə əsasən, Mercedes və Renault komandaları Ferrari-nin texniki direktoru Mattio Binnotto ilə maraqlanırlar.

F-1.az xatırladır ki, italiyalı mütəxəssis 2016-cı ildə Ceyms Əllisonu əvəz etmiş və son iki ildə Mercedes-lə mübarizə apara bilən maşın hazırlayıb. Bəzi iddialara əsasən, Binotto ilə Arrivabene arasında münasibətlər heç də ideal səviyyədə deyil.

Bu barədə Formula1 jurnalisti Luis Vaskonselos danışıb: “Ferrari-nin rəqibləri vəziyyəti dəyərləndirirlər. Mercedes və Renault hazırda Binotto ilə maraqlanırlar. Bəzi resurslara əsasən, Binotto Ferrari-nin rəhbəri Luis Kamilyeriyə – “ya mən, ya da Arrivabene” deyib”.

Qeyd edək ki, Mercedes daha əvvəl Ferrari-dən Ceyms Əllison və Lorenso Sassini transfer edib. Növbədə Binnottodur?

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*