M.Brandl Ferrari sürücüləri arasında rəqabət gözləyir

Formula1 şərhçisi Martin Brandl bildirib ki, Ferrari güclü olsa, Lekler və Sayns arasında ciddi rəqabət olacaq.

F-1.az xatırladır ki, Ferrari testlərdə inamlı təsir bağışlayıb. Buna görə də əksəriyyət “qırmızılar”ı titula namizəd kimi görür.

Martin Brandl: “Ferrari güclü olsa, Lekler və Karlosu idarə etmək çətin olacaq. İkisi də bir-birinə yaxın sürücülərdir. Onları keçən il gördük. Bir-birlərinə hörmət edirlər. Ancaq bolid çempionluğa oynayacaq qədər güclü olsa, iki sürücü arasında dəhşət mübarizə olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*