L.Mekis: Hər şey testlərdə məlum olacaq

Ferrari-nin yarış direktoru Loren Mekis bildirib ki, bolidin potensialını testlərdə görəcəklər.

F-1.az xatırladır ki, mövsümöncəsi qış testləri sabah Bəhreyndə start götürəcək. 16 ildir titula həsrət qalan Ferrari komandası isə testlərdən əvvəl diqqət mərkəzindədir.

Loren Mekis: “Ən əsas şey bolidin gözlədiyimiz kimi performans göstərib-göstərmədiyidir. Bolidi öyrənəndən sonra onun inkişaf yerlərini kəşf etməyə başlayacağıq.

Test yarışa çox yaxın olduğu üçün sıralanma və yarış tempində və pit -stoplar üzərində işləyəcəyik. Bunu həm Şarl, həm də Karlosla edəcəyik.

Testlərin sonunda rəqiblərimizə nisbətdə harada olduğumuzu bilməyəcəyik, çünki hamı fərqli proqramda işləyəcək. Ancaq bolidin necə olduğunu görəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*