Sulayem: Qətər və Əbu Dabi yarışları baş tutacaq

FİA prezidenti Muhəmməd Ben Sulayem mövsümün sonunun plan üzrə keçəcəyinə əmindir - Qətər və Əbu Dabi yarışları baş tutacaq.

Muhəmməd Ben Sulayem: “Bölgədə hər şey sakitdir. Uşaqlarım indi oradadırlar. Əgər məndə hansısa şübhə olsaydı, sizcə, onları orada qoyub indi burada sizinlə birlikdə olardım? Bu gün yalnız bir şeyi deyə bilərəm: Qətər və Əbu Dabi tam təhlükəsizdir, hər iki yarış baş tutacaq.

Biz sağlam məntiqi rəhbər tuturuq və heç vaxt əməkdaşlarımızı, sürücüləri və ya rəsmi şəxsləri, fikrimizcə, riskin həddən artıq yüksək olduğu yerə göndərmərik.

Təbii ki, ehtiyat planımız da var. Bəzi ölkələrin hökumətləri öz vətəndaşlarının bölgəyə səfərinə məhdudiyyət qoya bilər. Amma hamı yerindədirsə, komandalar yerindədirsə, Formula1 tədbiri keçirirsə və qəfil anlayırıqsa ki, yarış direktorunu və ya stüardlarımızı dəvət edə bilmirik, buna hazır olmaq lazımdır. Zərurət yaranacağı halda ehtiyat heyət olmalıdır”.

, ,