Ş.Lekler yeniliklərdən razıdır

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, son yeniliklər cəsarətvericidir.

F-1.az xatırladır ki, monakolu sürücü Portuqaliyadakı hər iki sərbəst yürüşlərdə də 4-cü olub.

Şarl Lekler: “Yaxşı görünürük. Ağır çənlə çox işləmədik. Son yarışda dolu çənlə çox zəif idik. Buna görə də bazar günü hər şey ola bilər. Amma performansımız cəsarətvericidir.

Hazırda neçənci komanda olduğumuzu bilmirəm. Bolidi sürmək çətin olsa da, vəziyyət hamı üçün eynidir. Buna görə də sıralanma turunda az səhv etməliyik. Boliddən maksimumu almağa çalışacağıq.

Tras çox sürüşgəndir. Bolidin arxası hər yerdə oynayır. Lakin trasın quruluşu gözəldir. Burada ritm tapmaq üçün bir neçə dövrə sürməli oldum, çünki apekslər görünmür”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*