F.Alonso: Bolid əla işlədi

Alpine komandasının sürücüsü Fernando Alonso bolidin performansından razı qalıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü cümə sərbəst yürüşlərində 5-ci olub.

Fernando Alonso: “Tempimiz yaxşıdır. Boliddən razı qaldıq. Bu cümə atdığımız ilk dövrədən etibarən boliddən razı idik və çox sazlanma axtarmalı olmadıq. Çünki hər şey qaydasındadır. Daha sonra trasa öyrəşmək və təkərləri işlədə biımək üçün bir neçə dövrə vurduq. Asfalt keçənilkindən fərqli görünür. Buna görə də təkərlərlə bağlı məlumatları təhlil edəcəyik. Cümə günü gözəl keçdi və bu gün də eynisini etməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*