K.Sayns: Qırmızı bayrağa görə poul mübarizəsi verə bilmədim

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Monakoda ardıcıl iki ildir ki, qırmızı bayrağa görə poul qazana bilmir.

F-1.az xatırladır ki, Karlos Sayns son cəhdində qəza etmiş Peresə təmas edib. Daha sonra isə qırmızı bayraqlar çıxıb və sessiya bitib.

Karlos Sayns: “Bacardığlm qədər ondan qaçmağa çalışdım, amma sessiyanın sonunda çıxan qırmızı bayrağa görə poul mübarizəsi verə bilmədim. Monakoda belə hallar normaldır.

Poul uğrunda mübarizə apara bilərdim. Performansımız yaxşı idi. Sıralanma turuna hazırlanırdım. Boliddə də özümü yaxşı hiss edirdim. Sabah işi bitirməyə çalışacağıq. Əla nəticə qazana bilərik. Bolid əla işləyir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*