K.Sayns: İnamım itmişdi

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, şənbə günü keçirdiyi qəzadan sonra maşına güvənməyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü ikinci sərbəs yürüşlərdə qəza etmişdi. Yarışda 6-cı olan ispaniyalı sürücü komandasına 8 xal qazandıra bilib.

Karlos Sayns: “Yarışın ilk hissəsi mənim üçün çətin keçdi. Əlimdən gələni etsəm də, arxa tərəfdə ilişmə az idi. Qəzadan sonra bolidə inamım azalmışdı. Arxa tərəfdə təkərlər tez yeyilirdi. Əlimdən gələni etsəm də, ötmə mükünsüz idi. Əlimizə düşən fürsətlərdən istifadə edə bilmədik.

Həmilton-Ferstapen qəzasına görə podiuma yüksələ bilərdik, amma bunun üçün tempimiz yox idi. McLaren, Mercedes və Red Bull-a yarım saniyə uduzurduq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*