Horner: Sürücülər Red Bull-a həddən artıq tez gəlirdilər

High Performance podkastında Horner Helmut Markonun rəhbərlik etdiyi Red Bull gənc sürücülər proqramının problemlərindən danışıb…

Kristian Horner: “Mənim fikrimcə, gənclər proqramının bəzi sürücüləri əsas komandaya – Red Bull-a həddindən artıq tez gətirilib, amma Helmut hesab edib ki, sürətli yüksəliş proqramın mövcudluğunu doğruldur.

Məncə, Əlbon həddindən artıq tez keçib, Qasli və Louson da çox erkən gəliblər. Bu uşaqlara uyğunlaşmaq üçün vaxt vermək lazım idi. Xatırlayın, Corc Rasselli Mercedes-ə çağırmazdan əvvəl o, Williams-da nə qədər vaxt keçirmişdi.

Bəli, iki komanda və dörd yerin olması sayəsində Red Bull üstün mövqedə olub, buna görə də sürücüləri elə-belə göndərməyiblər, hamı üçün hansısa davam variantı tapıblar. Qasli Racing Bulls-a qayıdıb, istedadını göstərə bilib və başqa komandaya keçib. Mən Əlbonun Williams-da yer alması üçün əlimdən gələni etmişəm. Liamın da, Daniil Kvyat kimi, geri qayıtmaq imkanı olub. Amma onların hamısı Red Bull Racing-ə həddindən artıq tez keçib.

Onlar bir ildən sonra, hətta daha az təcrübə ilə aparıcı komandaya düşüblər, mürəkkəb maşının sükanı arxasında ən güclü sürücülərlə mübarizə aparıblar ki, bu da uğur şansını, demək olar ki, istisna edib. Güclü komandada qəfil peyda olanda, dərhal böyük diqqət cəlb edirsiniz. Təzyiq artır, hamı nəticə gözləyir – onların bu pressinqin öhdəsindən gəlməsinin nə qədər çətin olduğu aydın görünürdü”.