K.Horner: “Ferstappen gələn il daha güclü olacaq”

Red Bull komandasının rəhbəri Kristian Horner hesab edir ki, Maks Ferstappen gələn il daha güclü olacaq.

F-1.az xatırladır ki, Ferstappen Red Bull komandasına Barselona yarışından əvvəl transfer olunmuş və avstriyalıların heyətindəki ilk yarışından qələbə ilə ayrılmışdı. Beləliklə, hollandiyalı sürücü Formula1 tarixinin qalib gələn ən gənc sürücüsü olmuşdu.

19 yaşlı sürücü yağışlı Braziliya yarışında da mükəmməl performans göstərərək, hamının diqqətini yenidən üzərinə çəkmişdi.

Kristian Horner əmindir ki, gənc sürücü inkişaf etməyə davam edəcək: “Bütün sürücülər yarışdıqları müddətdə hər sahədə inkişaf etməyə məcburdurlar. Nəticədə hər yarış təcrübə qazanırsınız. Əbu Dabidə yaxşı performans göstərdi. Həm Soft, həm SuperSoft təkərlərlə yaxşı performans göstərdi. Növbəti illərdə təcrübə qazandıqca, daha güclü olacaq”.

Horner bildirib ki, Ferstappen sadəcə Barselonada yox, bütün yarışlarda yaxşı performans göstərib: “Bolidə mindi və ilk yarışını qazandı. Daha sonra bir neçə dəfə podiuma yüksələrək, yaxşı xallar qazandı. Təsiredici performans göstərdi. Sadəcə Barcelonada yox, bütün mövsüm yaxşı sürdü. Monrealda güclü idi, Silverstounda yağışlı havada əla performans göstərdi. Avstriyada da yaxşı sürdü və Meksikada çox güclü idi. Braziliyada isə qeyri-adi performans göstərdi. Əbu Dabidə də çox yaxşı idi və gələcəkdə daha güclü olacağını göstərdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*