D.Rikkardo daha iki yarış yoxdur?

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Daniel Rikkardo getdikcə yaxşılaşsa da, o, daha iki yarışı buraxmalı olacaq.

F-1.az xatırladır ki, avstraliyalı sürücü 2 həftə əvvəl Niderlan Qran Prisinin ikinci sərbəst yürüşlərində qəza edib və əlini qırıb. Onu Barselonada məşhur cərrah Xavyer Mir əməliyyat edib.

Daniel Rikkardo zədəyə görə Niderland və İtaliya yarışlarını buraxıb. Onun nə vaxt qayıdacağı məlum deyil. 34 yaşlı sürücünü hazırda Liam Louson əvəz edir.

Kristian Horner: “Rikkardonun Sinqapura qədər hazır olacağını düşünmürəm. Yaponiyanı isə xoşniyyətli proqnoz kimi görürəm.

Lakin sağalma prosesi yaxşı gedir. Əlini hələ də tərpədə bilmir. Hazırda bərpa müddəti keçir. Motosiklet sürücülərində tez qayıtmağın daha çox zərər verdiyini gördük. Buna görə də qayıtmadan əvvəl formada olmasından əmin olmalıyıq”.

Hazırda AlphaTauri komandasında Daniel Rikkardonu əvəz edən Liam Louson isə yaxşı təsir bağışlayır. O, Niderlandda 13-cü, İtaliyada isə 11-ci yeri tutub.

Kristian Horner: “Louson yaxşı yarışdı. Sözün açığı onun yarışını tam izləmədim. Lakin AlphaTauri komandası heç vaxt etmədiyini etdi və iki dəfə pit-stopa qərar verdilər.

Buna görə də yarışı xırdalıqlarına qədər təhlil etməliyəm. Yenə də düşünürəm ki, Louson özünü yaxşı tərəfdən göstərdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*