15 Noyabr 2019, Cümə - 01:02

Rəsmi: “Renault Monakoya yeni motor gətirəcək”

Rəsmi: “Renault Monakoya yeni motor gətirəcək”

Müəllif: Rauf Hacıyev, redaktor

14:35 - 21 May, 2016

Renault motorçuları Monakoya yenilənmiş güc qurğusunu gətirəcəklər. Amma fransalılar Red Bull və Renault komandalarının hərəsinə bir mühərrik verə biləcəklər.

F-1.az xatırladır ki, Renault-nun yeni mühərriyinin performansı Barselonada hamıya təsir edib və fransızlar yeni mühərriyi Monakoda istifadə etmək üçün zavodda gecə-gündüz işləməyə başlayıblar.

Qeyd edək ki, yeni mühərriyin istifadəsi ilk dəfə Kanadaya planlaşdırılırdı. Amma mühərrik dözümlülük cəhətdən özünü yaxşı göstərdiyi üçün, fransızlar yeni mühərriyi artıq Monakoda istifadə etmək qərarına gəldilər.

Yarışdan əvvəl həm vaxt azlığına, həm də detal çatışmazlığına görə Renault Monakoya 2 ədəd güc qurğusu gətirə biləcək. Fransızlar belə qərara gəliblər ki, Kanadada 4 sürücüyə birdən yeni mühərrik verməkdənsə, yeni mühərriyin performansından faydalanmaq üçün hər komandaya bir mühərrik verilsin. Beləliklə, həm Red Bull, həm də Renault yeni mühərriyi kimin istifadə edəcəyinə qərar verməlidirlər.

Hər iki komanda rəsmi açıqlama verməsə də, çox güman ki, çempionatda daha çox xal toplayan sürücü yeni mühərrikdən istifadə edəcək. Buna görə də Red Bull-da Daniel Rikkardo, Renault-da isə Kevin Maqnussenin yeni mühərrikdən istifadə etməsi ehtimalı yüksəkdir.

Əgər iş belə gətirsə, Colion Plamer və Maks Ferstappen performans cəhətdən komanda yoldaşlarından geri qala bilərlər.

Renault-nun baş motorçusu Remi Taffen bildirib ki, yeni mühərrik əvvəlkindən yarım saniyə daha sürətlidir: “Avstraliyadan bəri istifadə etdiyimiz mühərrik keçən ilin sonunda istifadə etdiyimiz mühərriyin nisbətən yenilənmiş versiyası idi.

Əvvəlki versiyalarda bəzi konseptləri dəyərləndirdik və 2016-cı ildə bunları bir az da təkmilləşdirdik. Məsələn, turbində.

Yeni versiya çox dözümlüdür, bundan başqa daxili yanma mühərriyində də inkişaf var.

Təkmilləşdirmələr mühərriyi daha güclü və faha faydalı edəcək. Bununla da mühərrik dövrə başına yarım saniyə sürətlənəcək.

Bu dəyişikliklər üçün şərti balların çox az hissəsini istifadə etdik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 593
Teqlər , , , , , ,
Paylaş

logo