F.Alonso: Mən və Ferstappen aqressiv və qaba pilotlar hesab olunuruq

Ikiqat dünya çempionu olan ispan sürücü özü və Maksın oxşar cəhətləri barədə danışıb.

F-1.az xəbər verir ki, onun fikrincə, hər ikisi barədə fikirlər birmənalı deyil.

Fernando Alonso: “Ferstappen beş, altı və ya yeddi titul qazana bilər. Maks çox yaxşıdır, amma açıq-aydın onun həm də rəqabətədavamlı maşına ehtiyacı var. Bəzi oxşar cəhətlərimiz var. Biz hər ikimiz Formula1 mədəniyyətinin o qədər də inkişaf etmədiyi ölkələrdənik. Mən çempion olanda bütün İspaniya mavi geyinirdi, indi hər yerdə narıncıya rast gəlirik. Yenə də bilmirəm niyə Maks və mən aqressiv, tərbiyəsiz və siyasi cəhətdən düzgün olmayan pilotlar hesab olunuruq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*