26 Avqust 2019, Bazar ertəsi - 09:12

M.Ferstappen məyus deyil

M.Ferstappen məyus deyil

Müəllif: Rauf Hacıyev, redaktor

18:58 - 14 May, 2016

Ferstappen bildirib ki, İspaniyada Rikkardonun gerisində qaldığı üçün məyus deyil…

F-1.az xatırladır ki, Ferstappen Red Bull ilə çıxdığı ilk sıralanma turunda komanda yoldaşı Rikkardodan geri qalıb.

Qeyd edək ki, hollandiyalı sıralanma turunun 1-ci və 2-ci sessiyalarında Rikkardonu qabaqlayıb,  amma son sessiyada Rikkardo gənc rəqibini üstələyib. Düzdür, Ferstappen buna görə heç məyus olmayıb: “Xeyr. Heç də məyus deyiləm. İlk sıralanma turundan çox razıyam. Həzz aldım. İkimiz də bir-birimiz ilə daha yaxşı nəticə üçün mübarizə apardıq və bu komanda üçün yaxşıdır.

Mən bu həftəsonu nələrin olacağını bilmirdim və bu gün mənim üçün əla keçdi”.

Ferstappen bildirib ki, özünü Red Bull-da Toro Rosso-dakından yaxşı hiss edir: “Red Bull-un asfalta yatma qüvvəsi daha yaxşıdır və siz bunu zaman nəticələrində görə bilərsiniz. Son həddə sürmək üçün öyrəşməliyəm.

Hazırda mükəmməl dövrələr ata bilmirəm. Həmişəki kimi inkişaf edirəm və xoşbəxtəm. Atdığım hər dövrədən sonra özümü daha yaxşı hiss edirdim. Bu mənim üçün ən yaxşı xəbər oldu. Son həddə sürmədim və hələ son həddin nə olduğunu bilmirəm”.

Ferstappen sabahkı yarışda podium ehtimalı barədə də danışıb: “Bunun xəyalını qurmuram. Sadəcə üzərimdə çoxlu işləyirəm. Sabah yaxşı start alıb, yaxşı ilk dövrə atmaq istəyirəm. Daha sonra yaxşı yarış keçirməyə çalışacam.

Bu yeni boliddir və yeni bir sükandır. Start mənim üçün yeni təcrübə olacaq və buradan üzüağ çıxmalıyam. Sadəcə yarışacam. Nə baş verəcəyini görəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 318
Teqlər , , ,
Paylaş

logo