23 Oktyabr 2019, Çərşənbə - 09:27

K.Horner: “Monako və Barselonadakı səhvlər əlaqəli deyil”

K.Horner: “Monako və Barselonadakı səhvlər əlaqəli deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

22:46 - 30 May, 2016

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Daniel Rikkardonun qələbəni əldən verdiyi İspaniya və Monako yarışlarındakı problemlərin bir-biri ilə əlaqəsi yoxdur.

F-1.az xatırladır ki, Rikkardo Monakoda pit-stopdakı gecikməyə görə qələbəni əldən vermişdi. Bundan iki həftə əvvəl isə İspaniyada səhv strategiyaya görə qalib gələ bilməmişdi.

Avstraliyalı sürücü məyus olduğunu söyləsə də, Horner bildirib ki, bu iki hadisənin bir-birlərilə heç bir əlaqəsi yoxdur: “Barselonada yarışı 2 və 3 pit-stop arasındakı fərqlə əldən verdi. Bundan başqa yarışın sonunda təkəri partladı. O yarışda hər şey ola bilərdi.

Monakoda isə bizə baha başa gələn bir səhv oldu. Pit-stopdakı səhv bizim üçün bir qələbənin əldən getməsi deyildi, bir Monako qələbəsinin əldən getməsi idi”.

Renault-nun yeni gətirdiyi mühərrik Mercedes-in ən sürətli olmadığı nadir yarışlardan birinə təsadüf etdi. Red Bull şassisinin nəyə qadir olduğunu bilən Horner, mühərriyə tələbkar olan Kanadada hər şeyin üzə çıxacağına inanır: “İki güclü həftəsonu keçirdik. Xüsusən də, bu həftəsonu Mercedes-ə qarşı yaxşı mübarizə apardıq. Poul qazandıq və Lyuislə Daniel ən sürətli sürücülər idi.

Bizim üçün əsl imtahan iki həftə sonra Kanadada olacaq. Tamamilə fərqli bir trasda necə işləyəcəyimizi görəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 505
Teqlər , , , , ,
Paylaş

logo