L.Həmilton: “Ferrari-nin xüsusi rejimi var”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Ferrari mühərrikləri düzlükdə xüsusi rejimlə işləyir.

F-1.az xatırladır ki, Ferrari komandası bu il düzlüklərdə güclüdür. “Qırmızılar” həm Bəhreyndə, həm də Bakıda qələbəyə yaxın olublar.

Lyuis Həmilton: “Düzlüklərdə həmişə sürətlidirlər. Qətiliklə deyə bilərəm ki, bizim sahib olmadığımız başqa mühərrik rejimi ilə sürürlər. Gücü birdən açırlar və düzlüklərdə gözdən itirlər. DRS açıq olsa belə, onlara çata bilmirəm. Əvvəllər Mercedes bu sahədə daha güclü olurdu. Onlara çatmaq üçün çox işləməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*