Portuqaliya-2021: Sıralanma turu

Sürüşkən Portimao trası və Pirelli-nin ardıcıl ikinci il bura üçün gətirdiyi sərt təkərlər qüvvələr nisbətini dəyişdirib. Heç də hamı təkərlərdən yaxşı istifadə edə bilməyib. Məşqlərdə olduqca sıx nəticələr qeydə alınıb.

F-1.az xatırladır ki, cümə günü baş tutan məşqlərdə Bottas və Həmilton, bugünkü məşqlərdə isə Ferstappen hamıdan sürətli olub.

Sıralama turu başlamazdan əvvəl Bottasın maşınında sensorlardan birini əvəzləmək lazım gəlib sə ötürmələr qutusu çıxarılıb, lakin mexaniklər işin öhdəsindən vaxtında gəliblər. Norrisin maşınında da problem yaranıb, lakin o da sıralanma turuna qədər hazır olub.

İlk Sessiyada McLaren sürücüləri Medium, qalan hamı isə Soft təkərlərlə mübarizəyə başlayıb. Hamı eyni anda trasa çıxıb və sıxlıq yaranıb. Təkərləri ideal temperatura gətirmək üçün ardıcıl dövrələrə ehtiyac olub.Alonso yerində fırlanıb, Peres isə çınqıllığa çıxsa da, geri qayıda bilib.

İkinci cəhdlərə McLaren sürücüləri də Soft təkərlərlə çıxıblar. Norris əla nəticə göstərib, Bottas onu minimal fərqlə üstələyərək protokollara başçılıq edib – 1.18.722. İlk 12 sürücünün nəticəsi arasında cəmi 1 saniyə fərq olub. Rikkardo uzun müddətdən sonra ilk dəfə birinci sessiyada mübarizəni dayandırıb. Ona Mazepin, Şumaxer, Latifi və Stroll qoşulub.

İkinci Sessiyada Norris, Qasli, Tsunoda, Okon, Fettel və Alonso istisna olmaqla, hamı sabah fərqli strategiya seçmək üçün Medium təkərlərlə trasa çıxıblar. Həmilton 1:17.968. İkinci cəhddə onun nəticəsini üstələyən olmayıb. Rəykkönen, Tsunoda, Alonso, Covinatsi və Rassell üçün sıralanma turu başa çatıb. Fettel son 16 yarışda ilk dəfə mübarizəni sona qədər davam etdirməyə haqq qazanıb.

Son Sessiyada hamı Soft təkərlə boksu tərk edib, Bottasın ilk cəhdi komanda yoldaşından minimal yaxşı olub – 1.18.348. Ferstappenin nəticəsi 4-cü döngədə trasdan çıxdığı üçün ləğv edilib və o, boksa qayıdıb. İkinci cəhdə Mercedes sürücüləri Medium təkərlərlə çıxıblar, lakin güclü külək nəticələrin yaxşılaşdırılmasına imkan verməyib.

Valtteri Bottas mövsümdə birinci, karyerasında isə 17-ci poulunu qazanıb. Red Bull sürücüləri ilk, Mercedes sürücüləri isə ikinci cərgəni tutublar. Sabah bizi Bakı vaxtı ilə 18:00-da mövsümün üçüncü yarışı gözləyir…

 

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 1 1:18.722 8 2 1:18.458 7 1:18.348 8
2 44 Lyuis Həmilton Mercedes AMG 3 1:18.857 9 1 1:17.968 7 1:18.355 8
3 33 Maks Ferstappen Red Bull 11 1:19.485 6 5 1:18.650 8 1:18.746 6
4 11 Serxio Peres Red Bull 6 1:19.337 6 8 1:18.845 9 1:18.890 7
5 55 Karlos Sayns Ferrari 5 1:19.309 6 7 1:18.813 9 1:19.039 8
6 31 Esteban Okon Alpine 4 1:19.092 8 4 1:18.586 3 1:19.042 6
7 4 Lando Norris McLaren 2 1:18.794 10 3 1:18.481 7 1:19.116 7
8 16 Şarl Lekler Ferrari 7 1:19.373 11 6 1:18.769 10 1:19.306 8
9 10 Pyer Qasli AlphaTauri 10 1:19.464 10 10 1:19.052 8 1:19.475 8
10 5 Sebastyan Fettel Aston Martin 8 1:19.403 10 9 1:18.970 6 1:19.659 6
11 63 Corc Rassell Williams 15 1:19.797 8 11 1:19.109 7
12 99 Antonio Covinatsi Alfa Romeo 9 1:19.410 9 12 1:19.216 10
13 14 Fernando Alonso Alpine 12 1:19.728 6 13 1:19.456 6
14 22 Yuki Tsunoda AlphaTauri 12 1:19.684 9 14 1:19.463 8
15 7 Kimi Rəykkönen Alfa Romeo 14 1:19.748 10 15 1:19.812 9
16 3 Daniel Rikkardo McLaren 16 1:19.839 11
17 18 Ləns Stroll Aston Martin 17 1:19.913 10
18 6 Nikolas Latifi Williams 18 1:20.285 9
19 47 Mik Şumaxer Haas 19 1:20.452 11
20 9 Nikita Mazepin Haas 20 1:20.912 11
, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*