B.Ekklstoun: Həmilton çox kömək alır

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Lyuis Həmilton komandadan çox kömək alır.

F-1.az xatırladır ki, britaniyalı sürücü indiyə kimi 90 yarış qazanıb və daha bir yarış qazanacağı halda Mixael Şumaxerin 91 yarış qələbəsi rekorduna şərik olacaq. Bundan başqa, Həmilton mövsümü birinci yerdə bitirəcəyi halda, çempionluq sayında da almaniyalı əfsanəvi sürücüyə çatacaq.

Berni Ekklstoun: “Şumaxer əksər hallarda bolidi tək başına sürürdü. Həmiltona isə çox adam yardım edir. Təkər təzyiqindən döngəyə giriş sürətinə qədər komandadan məlumat alır.

Əvvəllər Alen Prostu bu yönünə görə bəyənirdim. O, həmişə təkbaşına yarışırdı. Ancaq indiki dövrdə elə deyil. Lyuisə bir söz demirəm.

Lyuis digər sürücülərdən yaxşıdırmı? O, çox istedadlıdır və son 30 ilin statistikasında beşlikdədir. Mixaeldən yaxşıdır? O Mercedes ilə Mixael daha güclü olardı? Bunu deyə bilmərik.

Həmiltonun geyim tərzinə baxanda onun işi haqqında söz deyə bilməzsiniz. O vaxt Nelson Pike və ya Şumaxerə baxanda, geyimlərindən yarışçı olduqları hiss olunurdu. Yarışmaq onların həyatı idi. Ancaq Lyuisin həyatı tək yarışmaqdan ibarət deyil. Fərqli həyat tərzi var”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*