F.Alonso: “Mercedes AMG sürücülərinə uğurlar arzulayıram”

McLaren komandası Əbu Dabidə cümə günü məşqlərdə növbəti mövsüm üçün hazırlanmış bəzi elementləri yoxlamaqla yanaşı, həm də son yarışa hazırlaşıb. Fernando Alonso həm günün yekunları, həm də çempionluq uğrunda mübarizə barədə danışıb.

F-1.az Fernando ilə olan qısa müsahibəni təqdim edir.

Sual: Fernando, sərbəst yürüşlər necə keçdi?

Fernando Alonso: Biz trasda hər bir imkandan istifadə etdik və gələn il üçün hazırlanan elementləri sınaqdan keçirdik. İkinci sessiyada isə təkərlərin necə işlədiyini sınaqdan keçirdik, çünki bu sessiya sıralanma turu və yarışla eyni saatlarda baş tutur. Ümumiyyətlə, cümə günü komanda üçün yaxşı keçdi və biz bir çox şeyi yoxlaya bildik.

Sual: Sizin fikrinizcə, yarışın sonunda hər iki Mercedes AMG sürücüsü podiuma yüksələcək və Rosberq çempion olacaq?

Fernando Alonso: Cümə gününün nəticələrinə əsaslanaraq proqnoz vermək çətindir. Bu mövsüm onlar bütün yarışlarda hamıdan üstün olublar, buna görə də, gözləmirəm ki, kimsə onlarla mübarizə apara bilsin. Düşünürəm ki, onlar ilk iki yerdən start alacaqlar və yarışı da belə başa vuracaqlar.

Sual: Siz həftəsonu hansı nəticəni qazanacağınızı gözləyirsiniz?

Fernando Alonso: Ümid edirəm ki, biz liderlərdən çox da uzaq düşməyəcəyik. Əgər startdan sonra ön yerlərdə mübarizə apara bilsək, əla olacaq. Əsas vəzifəmiz Mühəndislər Kubokunda Toro Rosso-ya qarşı mövqeyimizi qorumaqdır. Biz bu mövsüm qələbə uğrunda mübarizə aparmırıq, lakin bizə maraqlıdır ki, çempion kim olacaq. Mən hər iki sürücüyə titul uğrunda mübarizədə uğurlar arzulayıram.

Sual: Sizcə titul kimə qismət olacaq?

Fernando Alonso: Şanslar 50:50 nisbətindədir. Bilmirəm. Onların hər ikisi qələbələr qazanıb və fantastik mövsüm keçiriblər. Hər ikisinin enişli-yoxuşlu dövrləri olub, bəzən gözlənilməz texniki problemlərlə qarşı-qarşıya qalıblar. Dediyim kimi, hər ikisi əla mövsüm keçirib. Qoy, güclü qalib gəlsin!

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*