B.Ekklstoun: Avstriya yarışçün ödəmə etməyəcək

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Diter Mateşiç bu il Avstriya yarışının təşkili üçün Liberty Media-ya pul verməyəcək.

F-1.az xatırladır ki, Formula1 mövsümü gələn ay Avstriya yarışı ilə qapalı qapılar arxasında start götürəcək. Belə olan halda yarışa azarkeş gəlməyəcək və yarış təşkilatçıları pul qazana bilməyəcəklər.

Berni Ekklstoun: “Diter yarışı keçirməkçün səbirsizlənir. Ancaq yarış azarkeşsiz olacaq. Buna baxmayaraq dedi ki, yarışı təşkil edəcək.

Düşünürəm ki, yarış üçün heç bir ödəmə etməyəcək. Çünki bilet satmayacaq. Bütün işçilər avstriyalıdır. Hamısı könüllülərlə birlikdə orada olacaqlar. Hamı özünü xoşbəxt hiss edəcək.

Avstriyada pandemiyaya görə sərt məhdudiyyətlər yoxdur. Sərbəstlik çoxdur. Əsas problem komandaların İtaliyadan çıxmağı ilə bağlıdır. Bundan başqa təkər istehsalçısı Pirelli-nin də İtaliyadan gəlib-gəlməyəcəyi müəmmalıdır. Ən böyük problem hazırda budur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*