F.Alonso: “Avstriyada uğursuz seriya bitəcək”

McLaren komandasının sürücüsü Fernando Alonso növbəti yarışlarda yaxşı nəticələr alacağına inanır.

F-1.az xatırladır ki, ikiqat Dünya Çempionu ilk 5 yarışdan xalla ayrılsa da, son 3 yarışda etibarlılıq problemlərinə görə xalsız qalıb.

Fernando Alonso: “Avstriyada bolidi daha yaxşı anlayacağıq. İnkişaf etmişik və hədəflərimizə çatacağıq. Fransadakı pis nəticəni unudub gələcəyə baxmalıyıq. Ardıcıl yarışların olması gözəldir. Beləliklə, Fransadakı uğursuzluğu tez unuda bilərik.

Red Bull Rinqi çox sevirəm. Köhnə trasla yeni trasın kombinasiyası var. Burada təbiətlə iç-içə oluruq və həzz alırıq. Yaxşı dövrə vurmaq üçün var qüvvəmizlə işləməliyik. Burada səhv etmək olmaz”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*