Marko Alonsonu tərifləyib

Red Bull-un idman məsləhətçisi dünənki yarışda Fernando Alonsonun çıxışı barədə fikirlərini bölüşüb.

F-1.az xatırladır ki, ikiqat dünya çempionu startda geri düşsə də, sonradan podiumun üçüncü pilləsinə yüksələ bilmişdi.

Helmut Marko: “Düşünürəm ki, Alonso beşinci yerdən başlamasaydı, daha yaxşı çıxış edərdi. Fernando Lyuis Həmiltonla yaxşı döyüşdü – çətin, lakin ədalətli döyüş idi. Köhnə məktəbin ən yaxşı ənənələrini nümayiş etdirdilər.

Yarışdan əvvəl özünə bizim arxamızda yer tapsaydı, bu, Red Bull-un yarışını çətinləşdirərdi. Amma görünən odur ki, Alonsonun məsələsində həqiqətən yaşın heç bir əhəmiyyəti yoxdur, o, həmişəki formasındadır”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*