F.Alonso niyə karyerasını bitirməyib?

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, üç tac hədəfinə görə keçən il Formula1 karyerasını bitirmək istəyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü keçən il İndy500 yarışında iştirak etmişdi. Bu il isə həm WEC, həm Formula1-də iştirak edəcək. Bununla da 24 saatlıq Le Man marafonunda yarışa biləcək.

Fernando Alonso: “Formula1-i atıb başqa seriyaya getməyi fikirləşdim. Keçən il İndy500-dən sonra düşündüm ki, başqa seriyalarda çıxış edib avtoidmanın üç tacına fokuslana bilərəm. Amma ayrılmaq üçün doğru zaman deyildi. Bu qərarıma peşman ola bilərdim. Həmişə də bu barədə fikirləşəcəkdim. Buna görə də uğur qazanmaq istəyirəm. McLaren-dəki missiyam tamamlanmayıb. Bu il hər şeyin dəyişəcəyinə əminəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*