F.Alonso WEC-ə gedir?

F-1.az xatırladır ki, ispaniyalı sürücünün adı neçə ildir ki, Porsche ilə bir yerdə hallanırdı.

Dünya Dözümlülülk Çempionatında (WEC) Mark Uebber bazar günü mövsümün son yarışı Bəhreynin 6 saatlıq marafonundan sonra karyerasını bitirib. WEC avstraliyalı sürücü üçün xüsusi video hazırlayıb və burada Uebberin fərqli seriyalarda yarışan dostları ona uğurlar arzu ediblər. Bu sürücülərin arasında Fernando Alonso da olub.

Fernando Alonso: “Mükəmməl karyeran oldu və bütün uğurlarını Porsche ilə qazandın. Məni gözləmədin. Bir yerdə işləməyimiz yaxşı olardı, amma düşünürəm ki, buralarda olacaqsan. Sənin macərana qoşulanda sənə suallarım olacaq. Mükəmməl adama həyatda uğurlar”.

Qeyd edək ki, Alonsonun McLaren-lə müqaviləsi 2017-ci ilin sonunda bitəcək…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*