F.Alonsonu tibbi komissiya gözləyir

Sabah səhər Fernando Alonso FİA-nın tibbi komissiyasından keçməlidir - ciddi qəzalardan sonra bir neçə testdən ibarət olan məcburi prosedur mütləqdir.

F-1.az bildirir ki, prosedur formal xarakter daşıyır – Alonso dərhal qəzadan sonra da, bir neçə gündən sonra da lazımi tibbi müayinələrdən keçib və həkimlər heç bir zədələnmə müəyyən etməyiblər. Buna baxmayaraq, McLaren komandasının ehtiyat sürücüsü Stoffel Vandorn da Bəhreynə yollanıb.

Avstraliya yarışınının 17-ci dövrəsində baş verən ağır qəzanın hər iki iştirakçısı – həm Alonso, həm də Haas komandasının sürücüsü Esteban Qutyerres bu həftə yeni şassi ilə çıxış edəcəklər. Bir daha xatırladaq ki, Fernandonun maşınında yeni güc qurğusu çalışacaq…

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*