Ş.Lekler komandasını anlayır

Ferrari komandasının sürücüsü Şarl Lekler komanda əmrini anladığını deyib.

F-1.az xatırladır ki, Ferrari komandasının rəhbəri Mattia Binotto qış testlərindən sonra sürücülərin yarışmasına icazə verəcəyini desə də, Avstraliya yarışında gənc sürücünün Fetteli keçməsinə imkan verməyərək özünü təkzib edib. Belə ki, Lekler dördqat Dünya Çempionuna yaxınlaşdıqdan sonra komandadan “Sebastyanı keçim?” soruşub. Komanda isə cavabında “Yox. Bir az yavaşla və arxada qal”, – eşidib.

Şarl Lekler: “Sebastyanı keçəcək tempim var idi. Amma radiodan yerimi qorumağımı istədilər. Onsuz da qələbə şansımız yox idi və başa düşürəm. Gözəl start aldım və Maksı keçməyə çalışdım. Amma Seb iki Mercedes-in arxasında idi. Onu xarici radiusdan keçdim. Bilmirəm məni gördü, ya yox. Otluğa çıxdım və Maks məni keçdi. Ümumilildə pitə qədər maşını sürmək çətin olsa da, pitdən sonra daha güclü idim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*