Ş.Lekler Fetteldən nə öyrənib?

Ferrari komandasının sürücüsü Şarl Lekler komanda yoldaşı Fetteldən nələr öyrəndiyini deyib.

F-1.az xatırladır ki, monakolu sürücü bu il Ferrari-yə transfer olunub və ilk mövsümündə 2 poul və 5 podium qazanıb. Gənc sürücü təcrübəli komanda yoldaşından sadəcə 24 xal geridə qalır.

Şarl Lekler: “Məncə, bolid üzərindəki işə çox həssas yanaşır. İlk sessiyadan sonrakı toplantıda onu dinləyəndə bunu hiss etmişdim. Mən də inkişafda ona kömək etməliyəm. Mövsümün ilk yarısından razıyam. Sürücü kimi təkmilləşdim. Düzdür, səhvlərimdən dərs çıxardım. Mövsümün əvvəlində sıralanma turunda zəif idim, lakin bunun üzərində işləyərək, nəticələrimi yaxşılaşdırdım. Yarış tempim isə əvvəldən yaxşı idi. Ancaq karyeramın sonuna qədər inkişaf edəcəm. Mühəndislərə kömək etməliyəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*